Gürcüstanda 2164 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Bu barədə məlumat bu yaxınlarda hökumətin stopcov.ge xüsusi saytında yenilənib.
Ölkədə son 24 saat ərzində 3767 nəfər sağalıb. Son sutka ərzində 68 xəstə koronavirusdan dünyasını dəyişib.
Son 24 saat ərzində ölkədə 43 437 test, o cümlədən sürətli antigen testi – 25 020, 18 417 PCR testi test aparılıb.
Ölkədə koronavirus aşkarlanma göstəriciləri belədir: gündəlik – 4,98%, son 14 gündə – 6,43%, son 7 gündə – 5,94%.
Gürcüstanda ümumilikdə 918 641 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 873 178 nəfər sağalıb, 13 289 nəfər dünyasını dəyişib.
Hər gün 12 351 peyvənd olmaqla ümumilikdə 2 428 334 peyvənd edilib.
34 nəfər karantin rejimində , 5327 nəfər xəstəxanada, 1009 nəfər kliniki mehmanxanada müşahidə altındadır.
Eyni zamanda, dekabrın 22-nə Gürcüstanda 2739 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 3072 xəstə sağalıb, 52 nəfər vəfat edib.