Gürcüstanda 2739 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında yenilənib.
Ölkədə son 24 saat ərzində 3072 nəfər sağalıb. Son sutka ərzində 52 xəstə koronavirusdan dünyasını dəyişib.
Son 24 saat ərzində ölkədə 45 153 test, o cümlədən 28 160 sürətli antigen testi, 16 993 PCR testi aparılıb.
Ölkədə koronavirus aşkarlanma göstəriciləri belədir: gündəlik – 6,07%, son 14 gündə – 6,58%, son yeddi gündə – 6,19%.
Gürcüstanda ümumilikdə 916 477 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 869 411 nəfər sağalıb, 13 221 nəfər dünyasını dəyişib.
Gündəlik 13 878 peyvənd daxil olmaqla ümumilikdə 2 414 722 peyvənd edilib.
35 nəfər karantin rejimində, 5 488 nəfər xəstəxanada, 1 001 nəfər kliniki mehmanxanada müşahidə altındadır.
Eyni zamanda, dekabrın 21-nə Gürcüstanda 3282 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 3263 xəstə sağalıb, 53 nəfər dünyasını dəyişib.