Gürcüstanda 2 141 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 5081 nəfər sağalıb
Gürcüstanda 2141 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.
Son 24 saat ərzində ölkədə 5081 nəfər sağalıb. Son sutka ərzində 44 nəfər koronavirusdan dünyasını dəyişib.
Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: son 14 gündə 8,94%, son yeddi gündə 8,83%.
Gürcüstanda ümumilikdə 721 388 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 665 599-u sağalıb, 10 089-u dünyasını dəyişib.
Eyni zamanda, oktyabrın 31-nə Gürcüstanda 3382 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 5389 xəstə sağalıb, 42 nəfər vəfat edib.