Gürcüstanda 1942 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 4650 nəfər sağalıb
Gürcüstanda 1942 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında yenilənib.
Ölkədə son 24 saat ərzində 4650 nəfər sağalıb. Son sutkada 46 nəfər koronavirusdan dünyasını dəyişib.
Son 24 saat ərzində ölkədə 22 847 test, o cümlədən 13 643 sürətli antigen testi, 9 204 PCR testi aparılıb.
Ölkədə koronavirus aşkarlanma göstəriciləri belədir: gündəlik – 8,5%, son 14 gündə – 9,05%, son 7 gündə – 9,04%.
Gürcüstanda ümumilikdə 694 182 koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 635 611 nəfər sağalıb, 9 788 nəfər isə dünyasını dəyişib.
Cəmi 1.950.693 peyvənd vuruldu və gündəlik 1877 peyvənd edildi.
51 nəfər karantin rejimində, 6 166 nəfər xəstəxanada, 1 022 nəfər kliniki mehmanxanada müşahidə altındadır.
Eyni zamanda, oktyabrın 24-nə Gürcüstanda 3436 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 4483 xəstə sağalıb, 43 xəstə vəfat edib.