Gürcüstanda 19 iyun axşamından 22 iyunadək arabir yağıntılı hava şəraiti gözlənilir, bəzi yerlərdə isə yağıntılar güclü olacaq
Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Gürcüstanda ərazisinin böyük hissəsində 19 iyun axşamından 22 iyunadək arabir yağıntılı hava şəraiti gözlənilir, bəzi bölgələrdə isə güclü yağışlar mümkündür.
Sinoptiklərin proqnozuna əsasən, ölkə ərazisində şimşək, dolu və güclü külək ehtimalı da var.
Məlumatda bildirilir ki, çaylarda hazırda su səviyyəsi yüksək olaraq qalır. Gözlənilən güclü yağıntılar nəticəsində ayrı-ayrı çay hövzələrində (Enguri, Rioni, Aragvi, İori, Alazani) su səviyyəsinin təhlükəli həddə yüksəlməsi, kiçik çaylarda sel daşqınlarının baş verməsi, həmçinin dağlıq və təpəlik ərazilərdə sürüşmə və sel proseslərinin aktivləşməsi riski mövcuddur. Risk səviyyəsi yüksək qiymətləndirilir.