Gürcüstanda 15 sentyabrdan məktəblər, bir oktyabrdan isə, uşaq bağçaları açılacaq
Gürcüstanda 15 sentyabrdan məktəblər, bir oktyabrdan isə, uşaq bağçaları açılacaq, – bu barədə idarələrarası koordinasiya şurasının operativ qərargahının rəhbəri, Aleksandre Xocevanişvili hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.
Elə onun dediyinə görə, dünya təcrübəsi göstərir ki, mərhlə şəklində yanaşma mobilliyin azaldılması üçün olduqca əhəmiyyətlidir.