Gürcüstanda 1296 yeni koronavirusa yoluxma halı aşkarlanıb
Gürcüstanda 1296 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Gürcüstanda 1296 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumatı hökumət administrasiyası yayıb.

Son 24 saat ərzində ölkədə 4127 nəfər sağalıb. Son sutkada 45 nəfər koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində 22 001 test, o cümlədən antigen testləri ilə 14 145 tədqiqat və 7 856 PCR testi aparılıb.

Ölkədə koronavirusa yoluxma göstəriciləri: gündəlik 5,89%, son 14 gündə 6,93%, yeddi gündə 6,39%.

Gürcüstanda ümumilikdə 910 456 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 863 076 nəfər sağalıb, 13 116 nəfər vəfat edib.

Dünən, dekabrın 19-da Gürcüstanda 2195 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 4319 xəstə sağalıb, 47 nəfər vəfat edib.