Gürcüstanda 1 851 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 5530 nəfər sağalıb
Gürcüstanda 1 851 yeni koronavirusa yoluxma halı aşkarlanıb, 5530 nəfər sağalıb

Gürcüstanda 1 851 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Son 24 saat ərzində ölkədə 5530 nəfər sağalıb. Son sutka ərzində 55 nəfər koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 22 012 test, o cümlədən 13 137 sürətli antigen testi, 8 875 PCR testi aparılıb.

Ölkədə gündəlik koronavirus aşkarlanma səviyyəsi 8,41%, son 14 gündə 9,25%, son 7 gündə 8,97% təşkil edir.

Gürcüstanda ümumilikdə 814 097 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 755 229 nəfər sağalıb, 11 553 nəfər vəfat edib.

Ümumilikdə 2 097 159 peyvənd vurulub, gündəlik 1 644 peyvənd edilib.

58 nəfər karantin rejimində, 6 708 nəfər xəstəxanada, 1 123 nəfər klinik mehmanxanada müşahidə altındadır.

Eyni zamanda, noyabrın 21-nə Gürcüstanda 3357 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 5772 xəstə sağalıb, 76 nəfər vəfat edib.