Gürcüstanda 1 820 yeni koronavirusa yoluxma halı aşkarlanıb
Gürcüstanda 1 820 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Gürcüstanda 1 820 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Ölkədə son 24 saat ərzində 6017 nəfər sağalıb. Son sutka ərzində 82 xəstə koronavirusdan dünyasını dəyişib.

Gürcüstanda ümumilikdə 785 911 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 722 399 nəfər sağalıb, 11 057 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 048 393 peyvənd aparılıb, gündəlik 1 874 peyvənd edilib.

Eyni zamanda, noyabrın 14-nə Gürcüstanda 3700 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 5277 xəstə sağalıb, 81 nəfər vəfat edib.