Gürcüstana rəsmi səfərlə Ukraynanın baş naziri gələcək
Gürcüstana rəsmi səfərlə Ukraynanın baş naziri gələcək

Gürcüstana rəsmi səfərlə Ukraynanın baş naziri, Denis Şmiqal gələcək.

Gürcüstan Bbaş nazirinin mətbuat xidmətindən verilən məlumata görə, rəsmi qarşılanma mərasimi 3 iyunda Gürcüstan hökuməti administrasiyasında keçiriləcək. Ukraynalı həmkarına Gürcüstanın baş naziri İrakli Qaribaşvili ev sahibliyi edəcək.

Baş nazirlərin üzbəüz görüşü planlaşdırılıb və bundan sonra danışıqlar genişləndirilmiş formatda davam edəcək. İrakli Ğaribaşvili və Denis Smiqal media üçün bəyanatlar verəcəklər.

Gürcüstana rəsmi səfər çərçivəsində, Ukraynanın baş naziri,Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava, Bütün Gürcüstanın Katalikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya ilə görüşəcək.

Denis Şmiqal, nümayəndə heyəti ilə birlikdə, Gürcüstanın birliyi uörunda həlak olanların xatirəsini yad edəcək və Qəhrəmanlar Meydanı Memorialını gül-çiçək dəstələri ilə bəzəyəcək.

Ukraynanın baş nazirinin səfəri 4 iyuna qədər davam edəcək.