Gürcüstana rəsmi səfərlə Ermənistanın baş naziri Nikol Paşinyan öz həyat yoldaşı ilə birlikdə gəldi
Gürcüstana rəsmi səfərlə Ermənistanın baş naziri Nikol Paşinyan öz həyat yoldaşı ilə birlikdə gəldi

Gürcüstana rəsmi səfərlə Ermənistanın baş naziri Nikol Paşinyan öz həyat yoldaşı ilə birlikdə gəldi​.

Tbilisi Hava limanından Nikol Paşinyan iqtidar administrasiyasına getdi, harda ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə üz-bə-üz görüş keçiriləcək.  Daha sonra isə, iki ölkənin iqtidar nümayəndələri arasında geniş formatlı görüş keçiriləcək.

Saat 12:30-da Gürcüstan və Ermənistanın baş nazirləri medya üçün bəyanatlar verəcəklər.

Nikol Paşinyan Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə də görüşəcək.

Günün sonunda, Ermənistanın baş naziri Tbilisi Sakrebulosunda Ermənistan Respublikasının müstəqilliyinin elan edilməsinin 100 illiyinə həsr olunan qəbulda iştirak edəcək.

Tədbirdən sonra, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Nikol Paşinyanı nümayəndə heyyəti ilə birlikdə axşam yeməyinə dəvət edəcək.

İki günlük səfər çərçivəsində, Nikol Paşinyan nümayəndə heyyəti ilə birlikdə Samtsxe-Cavaxetiyə gedəcək və Axalkalakidə etnik azlıqların nümayəndələri ilə görüşəcək.

Ermənistan prezidenti Ermənistana avtomobil ilə qayıdacaq.