Gürcüstana rəsmi səfərlə Çexiya Parlamentinin Senatının prezidenti gəldi
Gürcüstana rəsmi səfərlə nümayəndə heyəti ilə birlikdə Çexiya Parlamentinin Senatının prezidenti, Miloş Vistrçil gəldi. Bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayır.
İdarənin məlumatına görə, yüksək səviyyəli qonağı aeroportda Gürcüstan Parlamenti sədrinin birinci müavini ,Giorgi Volski və Gürcüstan-Çexiya parlamentlərarası dostluq qrupunun rəhbəri, İrakli Çikovani qarşıladılar.
Çexiya Parlamentinin Senatının prezidenti Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili ilə görüş keçiriləcək. Görüşdən sonra spikerlər mətbuata birgə bəyanatlae edəcəklər. Miloş Vistrçil Parlamentdəki müxalifət fraksiyaları, siyasi qruplar və parlament çoxluğunun nümayəndələri ilə də görüşəcək. Çexiya Parlament nümayəndə heyətinin üzvlərinin Gürcüstanlı həmkarları ilə görüşü nəzərdə tutulub.
Səfər çərçivəsində Çexiya Parlamenti Senatının sədri Çex-Gürcüstan Biznes Forumunun açılışında iştirak edəcək. Miloş Vistrçil, onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Odzisi kəndindəki işğal xəttinə baş çəkəcək. İcra nümayəndələri ilə görüşlər planlaşdırılb.