Sentyabrın 3-4-də Gürcüstana Avropanın qonşuluq siyasəti və genişləndirilməsi üzrə avrokomisar Yohannes Han gələcək.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, avrokomisarın səfəri çərçivəsində Tbilisidə “Şərq Partnyorluğu” Avropa məktəbi açılacaq.
Nazirlikdən bəyan edirlər ki, “Şərq partnyorluğu” məktəbi Avropanın presedentsiz layihəsidir.
Qeyd olunan məktəbi bitirən uşaqlar Avropa məkanında beynəlxalq bakalavriat əhəmiyyəti olan diplom alacaqlar.
Məktəb üçün şagirdlər müsabiqə əsasında, “Şərq partnyorluğunun” altı ölkəsindən seçiləcəklər.
Səfər çərçivəsində, Yohannes Han Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze və Xarici İşlər Naziri Davit Zalkaniani ilə görüşəcək.