Gürcüstana rəsmi səfərlə Almaniya Xarici İşlər naziri, Analena Berbok gəldi
Gürcüstana rəsmi səfərlə Almaniya Xarici İşlər naziri, Analena Berbok gəldi

Gürcüstana ikigünlük rəsmi səfərlə Almaniya Federativ Respublikasının Xarici İşlər naziri, Analena Berbok gəldi.

Almaniya XİN rəhbərini aeroportda Gürcüstan Xarici İşlər naziri müavini, Xatuna Totladze qarşıladı.

Səfər çərçivəsində Almaniyanın Xarici İşlər naziri, Analena Berbok Gürcüstanlı həmkarı, İliya Darçiaşvili ilə görüş keçirəcək. Analena Berbok Gürcüstan hökumətinin başçısı, İrakli Ğaribaşvili və Gürcüstan prezidenti, Salome Zurabişvili ilə görüşəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Berbok işğal xəttinə də baş çəkəcək və mövcud vəziyyətlə yerində tanış olacaq.

Qeyd olunasıdır ki, bu, Almaniya XİN rəhbəri, Analena Berbokun Gürcüstana ilk rəsmi səfəridir.