Gürcüstana PCR-testin mənfi cavabı ilə gələ bilən ölkə vətəndaşlarının siyahısı genişləndirildi
Gürcüstana PCR-testin mənfi cavabı ilə gələ bilən ölkə vətəndaşlarının siyahısı genişləndirildi

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin koordinasiya şurasının iclasında verdiyi qərara görə, Gürcüstana 72 saatın içində keçirilən PCR-testin mənfi cavabı ilə gələ bilən ölkə vətəndaşlarının siyahısı genişləndirildi.

Bu ölkələr Türkiyə, Özbəkistan, Tacikistan və Qırğızıstandır.

Eyni requlyasiya Avropa İttifaqının üzv ölkələri üçün də keçərlidir.

Eyni şərtlə Gürcüstanda ABŞ vətəndaşları, İsrail, Norvegiya, Səudi Ərəbistan, Birləşmiş Ərəb Emirlikləri, Bahreyin, Qatar, Türkiyə, Ermənistan, Azərbaycan, Ukrayna, Qazaxstan, Rusiya, Belaruiya vətəndaşları da gələ bilərlər.