Gürcüstana xüsusi reys ilə 40 min "PCR" testi və 20 min anti-bədən testi gətirilib
Tbilisi Beynəlxalq Hava limanına Pekinidən xüsusi reys həyata keçirildi, hansı ilə, Gürcüstana 52 ton yük gətirildi, onların arasında, 40 min PCR testi və individual qorunma vasitələri – kombinezonlar, əlcəklər və digər əşyalar var.
Eyni reys ilə, 20 min anti-bədən testi gətirilib, hansılarını Çin iqtidarı Gürcüstana hədiyyə edib.
Çinlə danışıqlarda Gürcüstanın Çindəki səfirliyi fəal şəkildə iştirak edirdi.
Çarter reysini “Geosky” şirkəti həyata keçirdi.
Səhiyyə Naziri Ekaterine Tikaradzenin dediyinə görə, hazırki mərhələdə bu testlər simptomlu pasiyentlər, karantində olan pasiyentlər və infeksiyaya yoluxanlarla ünsiyyətdə olanlar üçün istifadə ediləcək.
Səhiyyə naziri ölkədə müsbət epidemioloji vəziyyətin qorunması üçün bütün rekomendasiyaların yerinə yetirilməsinin zərurətini vurğuladı.