Gürcüstana iki günlük səfər çərçivəsində Angela Merkel baş nazir, prezident və müxalifətin üzvləri ilə görüşəcək
Almaniya Federal Respublikasının Kansleri Angela Merkel Gürcüstana rəsmi səfərini baş nazir Mamuka Baxtadze ilə görüşlə başlayacaq.
Angela Merkel Gürcüstana iki günlük səfərlə avqustun 23-də gələcək.
Almaniya kanslerini hava limanında Xarici İşlər Naziri Davit Zalkaniani qarşılayacaq, daha sonra isə, hökümət administrasiyasında rəsmi qarşılama mərasimi keçiriləcək.
Angela Merkel və Mamuka Baxtadze birgə mətbuat konfransı keçirəcəklər.
Həmçinin, avqustun 23-də, Gürcüstanın baş naziri Mamuka Baxtadzeni adı ilə rəsmi nahar veriləcək.