Gürcüstana göndərilən pul vəsaitlərindən Rusiyanın payı xeyli azalıb, Avropa İttifaqının isə, artıb
Milli Bankın göstəricilərinə görə, 2018-ci ilin aprel ayında Gürcüstana daxil olan pul göndərmələrinin həcmi 123,9 milyon ABŞ dollarını təşkil etdi.
Bu 17,1 faizlə 2017-ci ilin aprel ayının göstəricilərindən artıqdır.
Siyahıda birinci yerdə Rusiyadır, hardan aprel ayında pul göndərmələrinin həcmi 35.3 milyon dollar təşkil edir. İkinci yerdə Yunanistandır (14.9 milyon dollar), üçüncü yerdə isə, İtaliyadır (14.5 milyon dollar).
Beşliyə ABŞ və İsrail də daxildir.
Milli Bankın göstəricilərinə görə, 2017-ci ilin aprel ayı ilə müqayisədə, pul göndərmələrində Rusiyanın payı azalıb 33,4 faizdən 28,5 faizə düşüb, Avropa İttifaqının ölkələrinin payı isə, 29,7 faizdən 35,2 faizə qədər artıb.
Bunlarla bərabər, Yunanistan, İtaliya, Almaniya və Fransadan gələn pul göndərmələrin həcmi də artıb.