Gürcüstana Dünya Patriarxlığının nümayəndə heyyəti gəlir.
Bu məlumatı Birinci Kanala Gürcüstan Patriarxlığının mətbuat xidmətinin rəhbəri Andria Cağmaidze verdi.
Nümayəndə heyyəti mitropolit Emanuelin rəhbərliyi ilə, Gürcüstan patriarxı ilə sabah görüşəcək.
Cağmaidzenin dediyinə görə, görüşdə söhbət Ukrayna avtokefaliyası məsələsinə toxunacaq.
“Qeyd olunan görüşün təşəbbüskarı Konstantinopol idi. Düşünmürük ki, bu ziyarət fikrimizi əhəmiyyətli dərəcədə dəyişdirə biləcək. Ukrayna avtokefaliyasl məsələsi ilə bağlı müəyyən detallar yayıldıqca, daha çox kilsələr bu məsələ ilə bağlı fikir bildirməkdən qaçınırlar. Fikir dəyişikliyi ola bilər, ancaq hələlik məsələnin detallı şəkildə öyrənilməsi prosesi gedir” – dedi Cağmaidze.
Patriarxlığın mətkuat xidmətinin rəhbərinin dediyinə görə, bu ziyarətə o qədər də böyük əhəmiyyət verilməməlidir.