Gürcüstana Donald Tusk, Estoniya premyeri və Avropa İttifaqının partnyor ölkələrinin səkkiz Xarici İşlər Nazirləri gələcəklər
Gələn həftə Gürcüstana Avropa Şurasının prezidenti Donald Tusk, Estoniyanın baş naziri Yuri Ratas və həmçinin, Avropa İttifaqının və partnyor ölkələrin səkkiz Xarici İşlər Naziri gələcək, – bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani verdi.
Səfər çərçivəsində, qonaqlar Batumidə planlaşdırılan yüksək səviyyəli beynəlxalq konfransda iştirak edəcəklər, hansı ki, “Şərq Partnyorluğunun” 10 illiyinə həsr olunur.
Bununla yanaşı, nazirin məlumatına görə, qonaqlar arasında həmçinin, humanitar yardım və krizislərin idarəsi məsələsində Avrokomisar Kristos Stilianides də olacaq.
Konfrans Batumidə 11-12 iyul tarixlərində keçiriləcək.
Konfrans çərçivəsində bir sıra maliyyə razılaşmaları imzalanacaq, hansılar, Avropa İttifaqı tərəfindən Gürcüstana 47 milyon avroya qədər yardımın ayrılacağını nəzərdə tuturlar.