Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd ölkə statusunun verilməsi ilə əlaqədar ölkədə ümumxalq şənliyinin keçirilməsi planlaşdırılır
Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd ölkə statusunun verilməsi ilə əlaqədar ölkədə ümumxalq şənliyinin keçirilməsi planlaşdırılır.
Bu barədə baş nazir İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.
Ğaribaşvilinin qeyd etdiyi kimi, bu, Gürcüstan xalqı və hakimiyyətinin birgə əməyinin və tarixi qələbənin qeyd edilməsi olacaq.
“Hökumətin bugünkü iclasında deoliqarxizasiya üzrə fəaliyyət planını təsdiq edəcəyik. Bu plan 12 prioritetin və indi artıq doqquz addımın tərkib hissəsidir. Bunu sübut etməklə bağlı öhdəlik götürdük. Bu gün saat 15:00-da Avropa İttifaqı ilə İnteqrasiya üzrə Dövlət Komissiyasının iclası keçiriləcək. Biz parlamentlə birgə bu məsələləri müzakirə etdik, ondan əvvəl partiyada da bu məsələləri müzakirə etdik. Namizəd statusu ilə bağlı qərarın nə vaxt veriləcəyindən asılı olaraq, dekabrın 14-də və ya 15-də ümumxalq şənliyi keçirmək və ölkəmizin və xalqımızın, iqtidarımızın əməyinin nəticəsi olan bu tarixi qələbəni birlikdə qeyd etmək istəyirik” -deyə baş nazir bildirib.