Tbilisidə “İnternet idarəsi haqqında Avropa dialoqu – EuroDIG 2018” keçiriləcək.
İyunun 4-6-da, “Rooms” mehmanxanasında keçirilən forumun ev sahibi Gürcüstanın İqtisadiyyat Nazirliyidir.
Forumda Avropa ölkələrindən və avrostrukturlardan 400-dən artıq qonaq iştirak edəcək.
Forumun qonaqları arasında rəqəmli iqtisadiyyat və ictimaiyyət məsələləri üzrə avrokomisar Maria Qabriel, avroparlamentin üzvü Mixal Bon, Avropanın telekomunikasiya şəbəkələri asosiasiyasının (ETNO) baş direktoru Lis Fur, İnternet cəmiyyətinin (ISOC) vitse-prezidenti Raul Eçeberdia və digər yüksək səviyyəli nümayəndələr olacaqlar.
İqtisadiyyat Nazirliyində bəyan edirlər ki, bənzər ranqda və əhəmiyyətdə internet-forum Gürcüstanda ilk dəfə keçirilir.
Həmçinin, bu ilk haldır ki, belə forum Avropa İttifaqının üzvü olmayan ölkədə keçirilir.