Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Argentinaya səfər çərçivəsində, Argentinanın Turizm katibi Qustavo Santos, Argentina parlamentində Gürcüstanla dostluq qrupunun rəhbəri Beatris Avila və Avropa İttifaqı ilə əlaqər qrupunun rəhbəri Esakiel Fernandes Lanqan ilə görüşdü.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Qustavo Santosa Gürcüstana dəstək üçün minnətdarlığını bildirdi. Görüş zamanl qeyd olundu ki, ölkələr arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin əlaməti olaraq, növbəti addım Argentinanın Turizm Nazirinin Gürcüstana səfəri olacaq.
Həmçinin, qeyd olundu ki, David Zalkanianinin Argentinaya səfəri iki ölkə arasında necə siyasi, eləcədə sektor əməkdaşlığının gücləndirilməsi üçün əl verişli şəraitlər yaradacaq.
Səfər çərçivəsində, Davit Zalkaniani “Cənub-Şimal əməkdaşlıq konfransında” iştirak edir.