Gürcüstana 26-28 apreldə Polşa Xarici İşlər naziri gələcək
Gürcüstana 26-28 apreldə Polşa Xarici İşlər naziri gələcək

Gürcüstana rəsmi səfərlə 26-28 apreldə Polşa Xarici İşlər naziri, Zbiqnev Rau gələcək, – müvafiq məlumatı Polşa Xarici İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, Zbiqnev Rau Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili və Xarici İşlər naziri İliya Darçiaşvili ilə görüçəcək.

Polşa Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqların əsas məsələsi Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesində irəliləyiş və çaöırışları, eləcə də Ukraynaya qarşı Rusiya aqressiyası fonunda bölgədə təhlükəsizlik məsələləri olacaq.