Gürcüstana 10 apreldə Avropa Parlamentinin təhlükəsizlik və müdafiə alt komitələri nümayədələri gələcəklər
Gürcüstana 10 apreldə Avropa Parlamentinin təhlükəsizlik və müdafiə alt komitələri nümayədələri gələcəklər.
Avropa Parlamentinin deputatları Rusiyanın Ukraynaya qarşı müharibəsinin Gürcüstan üçün mümkün nəticələrini qiymətləndirəcək, həmrəyliklərini və ölkənin ərazi bütövlüyünü dəstəklədiklərini ifadə edəcəklər. Onlar həmçinin Avropa İttifaqının ölkədəki Monitorinq Missiyasının işini qiymətləndirəcəklər.
Avropa qanunvericilərindən ibarət nümayəndə heyəti Gürcüstanda 10-14 apreldə səfərdə olacaq. Bununla yanaşı, Gürcüstan prezidenti, baş nazir, Parlamentin sədri və Müdafiə naziri ilə görüşlər nəzərdə tutulub. Onlar həmçinin separatçı Abxaziya və Cənubi Osetiya bölgələri ilə inzibati ayırıcı xətlərinə getməyi planlaşdırırlar.
Avropa Parlamenti bu səfərlə həmrəyliyini ifadə etmək və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamaq istəyir.
Nümayəndə heyəti çərçivəsində Gürcüstan səfər edəcəklər – Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitəsinin sədri Natali Luazo (Fransa), Lukas Mandli (Avstriya), Juoza Oleas (Litva), Yelena Yonçeva (Bolqarıstan), Lars Patrik Berq (Almaniya).