Gürcüstan XİN - Lukaşenkonun işğal olunmuş Abxaziyaya "səfəri" beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozur
Gürcüstan XİN - Lukaşenkonun işğal olunmuş Abxaziyaya "səfəri" beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozur

 

Gürcüstan Xarici İşlər Nazirliyi Aleksandr Lukaşenkonun Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsinə səfərindən və Suxumidə Rusiya işğalçı rejiminin nümayəndələri ilə görüşməsindən dərin narahatlığını ifadə edir – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlikdən verilən məlumatda Gürcüstan Xarici İşlər Nazirliyinin Aleksandr Lukaşenkonun Gürcüstanın dövlət sərhədini , beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozaraq, işğal olunmuş Abxaziya regionuna “səfərini” qınadığı deyilir.

“Biz Belarus tərəfini suveren dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olan bu cür hərəkətlərə yol verməməyə çağırırıq” – deyə XİN-in bəyanatında deyilir.

Bu gün Gürcüstan Xarici İşlər Nazirliyi Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri ilə əlaqədar Belarus tərəfindən əlavə izahat tələb edib və Belarusun Gürcüstandakı səfiri Anatoli Lisi etiraz əlaməti olaraq Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlum olduğu üzrə, Belarus prezidenti Aleksandr Lukaşenko bu gün işğal olunmuş Abxaziyaya səfər edərək işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjania ilə görüşüb.