Gürcüstan XİN Fransanın xarici işlər nazirinin səfəri ilə bağlı məlumat yayır
Gürcüstan XİN Fransanın xarici işlər nazirinin Gürcüstana planlaşdırılan səfəri ilə bağlı məlumat yayır.
Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Katrin Kolona Cənubi Qafqaza regional tur çərçivəsində aprelin 28-də Gürcüstana səfər edəcək.
Səfər çərçivəsində fransız diplomat xarici işlər naziri İlia Darçiaşvili ilə həm təkbətək, həm də geniş tərkibdə görüş keçirəcək, bundan sonra da iki ölkənin xarici işlər nazirləri mətbuat qarşısında birgə bəyanatlar verəcəklər.
Katrin Kolona Gürcüstana səfəri çərçivəsində Gürcüstan hökumətinin rəhbəri İrakli Ğaribaşvili ilə də görüşəcək.
Fransanın xarici işlər nazirini Gürcüstan Prezidenti Salome Zurabişvili qəbul edəcək.
Gürcüstan Xarici İşlər Nazirliyində qeyd edildiyi kimi, 2018-ci ildən sonra bu, Fransanın xarici işlər nazirinin Gürcüstana ilk səfəridir. Aprelin 26-28-də regional tur çərçivəsində Katrin Kolona Ermənistan və Azərbaycana da səfər edəcək.