Gürcüstan XIN - Belarus və Gürcüstan arasındakı münasibətləri nəzərə alaraq, Abxaziya və Sxinvali regionunun dırnaq arası müstəqilliyinin tanınması məsələsi gündəmdə deyil
Belarus və Gürcüstan arasındakı münasibətləri nəzərə alaraq, Abxaziya və Sxinvali regionunun dırnaq arası müstəqilliyinin tanınması məsələsi gündəmdə deyil -bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirirlər.
Qurumdan izah edirlər ki, rus jurnalist Vladimir Solovyovla Belarus prezidenti Aleksandr Lukaşenkonun müsahibəsindən ayrı-ayrı fraqmentlər rus mətbuatında məqsədyönlü vurğularla və təhriflərlə yayılıb.
“Belarus və Gürcüstan arasında ikitərəfli münasibətləri nəzərə alaraq, Gürcüstan ərazilərinin Abxaziya və Sxinvali regionunun dırnaq arası müstəqilliyinin tanınması məsələsi gündəmdə deyil. Belarus bu baxımdan beynəlxalq hüququn fundamental prinsiplərinə sadiq qalır.
Belarus respublikasının prezidentinin Rusiya telekanalına müsahibəsinə gəlincə, onun müsahibəsindən ayrı-ayrı fraqmentlər, həmişə olduğu kimi, bu dəfə də rus mətbuatı tərəfindən məqsədyönlü vurğularla təhrif edilərək , ictimaiyyətə təqdim olunub” -deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Mari Narçemaşvili bildirib.
Söhbət Rusiya nəşrlərinin Lukaşenkonun Abxaziya və dırnaq arası Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını istisna etmir deyə yaydığı məlumatdan gedir. Jurnalist Lukaşenkoya Belarusun Abxaziya və dırnaq arası Cənubi Osetiyanın müstəqilliyini nə zaman tanıyacağı ilə bağlı sual ünvanlayıb , Lukaşenkonun bu suala cavabı belə olub – “Buna ehtiyac varmı?… Mən başa düşəndə və prezident bunun zəruri olduğunu deyəndə…..”.