Gürcüstan XİN Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri ilə əlaqədar Belarus tərəfdən əlavə izahat tələb edib
Gürcüstan XİN Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri ilə əlaqədar Belarus tərəfdən əlavə izahat tələb edib. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayır.
“Etiraz əlaməti olaraq Belarusun Gürcüstandakı səfiri Anatoli Lisi Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirlə görüş Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri və işğalçı rejimin nümayəndələri ilə görüşü ilə bağlı olub.
Gürcüstan tərəfi qeyd olunanlarla bağlı dərin narahatlığını ifadə edib və Belarus tərəfdən əlavə izahat tələb edib” -deyə nazirlikdə qeyd olunub.
Məlum olduğu üzrə, Belarus prezidenti Aleksandr Lukaşenko bu gün işğal olunmuş Abxaziyaya səfər edərək işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjania ilə görüşüb.