Gürcüstan Xarici İşlər Nazirliyi - Rusiyanın Ukrayna ərazisində keçirdiyi referendumları və qanunsuz aneksiyanı qətiyyətlə pisləyirik
Gürcüstan Xarici İşlər Nazirliyi - Rusiyanın Ukrayna ərazisində keçirdiyi referendumları və qanunsuz aneksiyanı qətiyyətlə pisləyirik

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Ukrayna ərazisində keçirdiyi referendumları və qanunsuz aneksiyasını qətiyyətlə pisləyir. Hansı da, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zorakı üsullarla dəyişdirilməsinin açıq bir hərəkətini təşkil edir, – Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirər.

“Rusiyanın bu qanunsuz hərəkəti ilə beynəlxalq hüququn, bütün dövlətlərin ərazi bütövlüyünü və suverenliyini qoruyan fundamental prinsipləri növbəti dəfə kobud şəkildə pozulur.

Sərhədlərin güc yolu ilə dəyişdirilməsi cəhdləri ilə üzləşmiş Gürcüstan Ukraynanın bölgələrindı keçirilən qondarma  referendumların nəticələrini heç vaxt tanımayacaq və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha açıq şəkildə bəyan edir”, – Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirər.

Rusiya prezidenti Vladimir Putin və separatçı liderlər işğal olunmuş Xerson, Zaporojye, Donetsk və Luqansk ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı “sazişlər” imzaladılar.