Gürcüstan Xarici İşlər Nazirliyi - Gürcüstanın Ukraynadakı diplomatik missiyasının rəhbəri və əməkdaşları ərazidə qalırlar
Gürcüstan Xarici İşlər Nazirliyi bildirir ki, Gürcüstanın Ukraynadakı diplomatik missiyasının rəhbəri və əməkdaşları ərazidə qalırlar. Bundan əlavə, Nazirlik Gürcüstanın Ukraynadakı səfirliyinin əməkdaşlarına arzu edərsə, ailə üzvlərini Kiyevdən çıxarmağı tövsiyə edir.
“Gürcüstanın Ukraynadakı diplomatik missiyasının rəhbəri və əməkdaşları ərazidə qalıb. Gürcü diplomatlarına yalnız ailə üzvlərinin ölkədən çıxarılması ilə bağlı qərar qəbul etmələri tövsiyə edilib”, – məlumatda deyilir.
Xatırladaq ki, Rusiya Donetsk və Luqanskı işğal edib. Dünən Xalq Cümhuriyyətlərinin müstəqilliyi tanındı, bundan sonra Rusiya Silahlı Qüvvələrinə adıçəkilən bölgələrdə sülhün qorunması barədə göstəriş verdi.