Gürcüstan Xarici İşlər Nazirliyi - Gürcüstan-Qazaxıstan aviareysləri normal keçir, səfirlik normal rejimdə işləyir, qaynar xətt aktivləşdirilib
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan-Qazaxıstan aviareysləri normal rejimdə həyata keçirilir.
Gürcüstanın Birinci Kanalına Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Gürcüstanın Qazaxıstandakı səfirliyi adi rejimdə işləyir, qaynar xətt aktivləşdirilib.
“Gürcüstanın Qazaxıstandakı səfirliyi normal işləyir, qaynar xətt aktivləşdirilib və Gürcüstan vətəndaşları +7 (717) 224-32-58 nömrəsinə zəng edə bilərlər.
“Uçuşlara gəlincə, Gürcüstan-Qazaxıstan reysləri normal rejimdə uçur”, – Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.