Azərbaycana rəsmi səfəri çərçivəsində, Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili Azərbaycan Respublikasının prezidenti, İlham Əliyev ilə görüşdü.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər iki ölkə arasında sıx ənənəvi dostluq və strateji partnyorluğu bir daha təsdiqlədilər.
“Gürcüstanın Xarici İşlər naziri iki ölkə arasında sıx partnyorluq və dostluğun dərinləşməsində prezident Əliyevin şəxsi töhfəsini xüsusi vurğuladı.
Tərəflər bölgədə sabitliyin və inkişafın təmin edilməsi üçün Gürcüstan və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın vacibliyini qeyd etdilər və bu baxımdan uğurla həyata keçirilən birgə iqtisadi layihələri müsbət qiymətləndirdilər.
Görüşdə tərəflər dünyada və bölgədə təhlükəsizlik mühitini nəzərdən keçirdilər və mövcud çağırışlar fonunda sülh və sabitliyin vacibliyini vurğuladılar. Gürcüstan Xarici İşlər naziri Azərbaycana Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirdi”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Elə onların məlumatına görə, Azərbaycan Respublikasının prezidenti ilə görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini alqışlayıblar. İlya Darçiaşvili Gürcüstan hökuməti başçısının salamlarını prezident Əliyevə çatdırdı və ona Azərbaycan prezidentini Gürcüstanda qəbul etməyi arzuladığını bildirdi.
Azərbaycana rəsmi səfərini Gürcüstan Xarici İşlər naziri Şəhidlər Xiyabanına əklil aparmaqla və ümummilli lider, Heydər Əliyevin xatirəsini yad etməklə başladı.