2019-cu ilin fevralından “Visa on Arrival” işə düşəcəkdir, bununla da Gürcüstan vətəndaşlarının imkanı olacaqdır ki, Tayland Krallığının vizasını sərhəddə əldə etsinlər və orada 15 gün turist kimi qalsınlar, – bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
İdarənin məlumatına görə, bu barədə Hindistanda Gürcüstan səfirinin, Arçil Dzulaşvilinin Taylandın hökumət nümayəndələri ilə görüşü zamanı məlum oldu.
Səfər çərçivəsində, dekarın 11-də, Banqkok şəhərində Arçil Dzulaşvilinin Tayland şahzadəsi Maha Çakri ilə görüşü baş tutdu. Görüş zamanı Gürcüstan və Tayland arasında ikitərəfli əlaqələri müzakirə etdilər.