Gürcüstan vətəndaşları Almaniyada müvəqqəti olaraq, leqal şəkildə işləyə biləcəklər
Gürcüstan vətəndaşları Almaniyada müvəqqəti olaraq, leqal şəkildə işləyə biləcəklər

Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze Almaniya Federasiyasının Gürcüstandaki səfiri Hubert Knirşla görüşdü.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, tərəflər Gürcüstan vətəndaşlarının Almaniyada leqal şəkildə işləmələri məsələsi haqqında danışdılar.

Məlumata görə, Gürcüstan vətəndaşları Almaniyada 3 ay müddəti ilə, leqal şəkildə işləyə bilərlər.

“Mövsum işləri Almaniyada aprelin 1-dən başlayır. Qeydiyyatdan keçmək isə, fevralın 15-dən mümkündür. Leqal işlər Kənd Təsərrüfatı ilə bağlıdır və məhsulun toplanmasını nəzərdə tutur. Almaniyada iş axtaranlar  http://workabroad.gov.ge/ səhifəsində qeydiyyatdan keçməlidirlər.

Mövsum işlərində işləmək istəyənlər bu tələbləri qane etməlidirlər:

• Gürcüstan vətəndaşı olmalıdır

• 18-dən 60 yaşa qədər olmalıdır

• Almaniyaya gedənə qədər 3 ay əvvəlki müddətdə Şengen zonasına səyahət etməmiş olmalıdırlar

• Fiziki sağlamlıqları stabil olmalıdır

• Kənd təsərrüfatı işləri ilə bağlı təcrübəsi olmalıdır.

• Alman və yaxud ingilis dilini danışıq səviyyəsində bilməlidirlər, ancaq dilin bilinib-bilinməməsi zərurətini işlə təmin edənlər müəyyən edirlər.

Mövsum işləri müxtəlif məhsulun yığmasını nəzərdə tutur.

Qeydiyyatdan sonra, işlə təmin edilmə xidməti pulsuzdur.