Gürcüstan və Ukrayna arasında yük avtomobil daşımaları icazəsi mübadiləsi proseduru barəsində elektron sistemin yaradılması planlaşdırılır
Gürcüstan və Ukrayna arasında yük avtomobil daşımaları icazəsi mübadiləsi proseduru barəsində elektron sistemin yaradılması planlaşdırılır

Gürcüstan və Ukrayna arasında yük avtomobil daşımaları icazəsi mübadiləsi proseduru barəsində elektron informasiya sistemin yaradılması planlaşdırılır. Müvafiq ikitərəfli əməkdaşlıq memorandumunu bu gün Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini, Quram Quramişvili və Ukrayna İnfrastruktur nazirinin birinci müavini, Dmitri Abramoviç imzaladılar. Abramoviç Gürcüstanda Ukrayna nümayəndə heyətinin rəsmi səfəri çərçivəsindədir.

Quram Quramişvilinin bəyan etdiyinə görə, innovasiya texnologiyalarının avtomobil daşımalarında tədbiqi prosesində əməkdaşlıq nəticəsində, tərəflər mərhələ şəklində bu gün üçün mövcud olan icazələr və nəzarət sistemlərinin tamamilə rəqamsal formata keçirilməsini bacaracaqlar ki, bu da beynəlxalq yük avtomobil daşımaları sahəsində iki ölkənin müvafiq idarələrinin çoxillik əməkdaşlığı daha yüksək pilləyə çıxracaq.

“Bizim dəhlizimiz üçün Ukrayna ilə avtomobil gediş-gəlişi çox əhəmiyyətlidir. Müvafiq olaraq, imzalanan memorandum ölkələrimiz arasında avtomobil gediş-gəlişinə və ikitərəfli faydalı iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinə imkanlar yaradacaq”, – İqtisadiyyat nazirinin müavini bəyan etdi.

Elə onun məlumatına görə, Ukrayna tərəfi ilə həmçinin Qara Dənizdə əlaqələrin yaxşılaşdırlması məsələlərini müzakirə etdilər.

“Həmçinin, Gürcüstan və Ukrayna dəmir yolları nümayəndələri ilə birlikdə gələcək planlar barəsində müzakirələr apardıq və yaxın gələcəkdə konkret qərarlar qəbul edəcəyik, hansılar da strateji partnyorumuz ilə Qara Dənizdə nəqliyyat əlaqələrinin yaxşılaşdırlmasını təmuin edəcək”, – Quram Quramişvili bəyan etdi.

Məlumatı Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.