Gürcüstan və Tacikistan arasında beynəlxalq avtomobil gediş-gəlişi üzrə razılaşma imzalandı
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava Tacikistan Respublikasının Nəqliyyat naziri, Azim İbrahimi ilə görüşdü.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüş çərçivəsində “Gürcüstan hökuməti və Tacikistan Respublikası hökuməti arasında beynəlxalq avtomobil gediş-gəlisi haqqında” razılaşm imzalanacaq.
“Razılaşmanın imzalanması tərəflər arasında avtomobil gediş-gəlişinə və iqtisadi əməkdaşlığın sonrakı inkişafına imkanlar yaradacaq. Sənədlə yük daşımalarının ikitərəfli həyata keçirilməsi müəyyənləşdirilibdir. Razılaşma həmçinin tərəflər arasında avtomobil aparılması/daşımaları ilə bağlı hüquqi məsələlərin tənzimlənməsini nəzərdə tutur ki, bu da hər iki ölkənin daşıyıcılarının fəaliyyəti prosesndə ikanlar yaradacaq”, – İqtisadiyyat Nazirliyində bəyan edirlər.
İdarənin məlumatına görə, Tacikistan Respublikası ilə bu vaxta qədər avtomobil gediş-gəlişi barəsində hökumətlərarası razılaşma imzalanmamışdır. Halbuki avtomobil gediş-gəlişində əngəllərin başdan rədd edilməsi üçün Gürcüstan və Tacikistan Respublikasının müvafiq idarələri arasında avtomobil yük gediş-gəlişi icasi blankları dəyişirdi və ölkələr arasında avtomobil gediş-gəlişi üzrə çoxillik təcrübə toplandı.
“Bu gündən qeyd olunan əməkdaşləq artıq rəsmi olaraq möhkəmləndirildi və iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına imkanlar yaradacaq”, – İqtisadiyyat Nazirliyində bəyan edirlər.