Gürcüstan və Serbiya arasında vizasız gediş-gəliş haqqında razılaşma qoyulıdu
Gürcüstan və Serbiya arasında vizasız gediş-gəliş haqqında razılaşma qoyulıdu

Serbiya Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü və Avropaya inteqrasiyasını dəstəkləyir.

Bu barədə bəyanatı Serbiyanın prezidenti Aleksandr Vuçiç Gürcüstanın vitse-premyeri, Xarici İşlər naziri Mixeil Canelidze ilə görüş zamanı verdi.

Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Serbiya prezidenti Gürcüstanla olan dostluq münasibətini xüsusi ilə vurğuladı və iki ölkə arasında müxtəlif sahədə əməkdaşlığın inkişafı üçün hazır olduğunu bildirdi.

Görüş zamanı Tbilisi və Belqradda tam səlahiyyətli diplomatik missiyanın qüvvəyə minməsinə qədər diplomatların təyin edilməsi müzakirə olundu.

Serbiyaya rəsmi səfər çərçivəsində, Mixeil Canelidze Serbiyanın baş-naziri və Xarici İşlər Naziri ilə görüşdü.

Səfər çərçivəsində həmçinin, ölkələr arasında vizasız gediş-gəliş məsələsi haqqında müqavilə qoyuldu.