Gürcüstan və Qətər arasında diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar birgə yubiley poçt markaları buraxılıb
Gürcüstan və Qətər arasında diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar birgə yubiley poçt markaları buraxılıb

 

İyunun 18-də Gürcüstanın Qətər Dövlətindəki səfiri Nikoloz Revazişvili və “QATAR POST”un sədri Faleh Muhamed Al Nuaimi Doha şəhərində Gürcüstan və Qətər Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş poçt markalarını təqdim ediblər.

Nikoloz Revazişvili sıx əməkdaşlığa görə Qətər tərəfinə təşəkkür edib. Tədbirdə Gürcüstan və Qətər arasında mövcud əlaqələr bir daha vurğulanıb.

Tərəflər üzərində Gürcüstan və Qətərin paytaxtlarının görməli yerlərinin təsvir olunduğu birgə yubiley poçt markasının iki ölkə arasında dostluq münasibətlərinin daha bir rəmzi olduğunu qeyd ediblər. Yubiley poçt markalarının buraxılış mərasimi Gürcüstanın Qətər Dövlətindəki səfirliyinin təşəbbüsü və Qətər və Gürcüstanın Poçtu ilə birgə əməkdaşlıq çərçivəsində keçirilib.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.