Gürcüstan və Portuqaliyanın ədliyyə nazirləri əməkdaşlıq üçün yeni imkanları müzakirə ediblər
Rati Breqadze Çexiyanın paytaxtı Praqada Avropa İttifaqına üzv ölkələrin ədliyyə nazirlərinin ministerialı çərçivəsində portuqaliyalı həmkarı ilə görüşüb. Görüşdə birinci müavin Tamar Tğeşelaşvili də iştirak edib. Məlumatı Ədliyyə Nazirliyi yayır.
Nazirlikdən verilən məlumatda , iki ölkənin ədliyyə nazirlərinin ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün, o cümlədən elektron xidmətlər və elektron idarəçiliyin inkişafı sahələrində konkret təşəbbüsləri müzakirə ediblər. Gürcüstan qanunvericiliyinin Aİ ədalət mühakiməsi sisteminə uyğunlaşdırılması prosesinə də toxunulub. Rati Breqadze Portuqaliyanın ədliyyə nazirindən başqa, Almaniya, Çexiya və Yunanıstanın ədliyyə nazirləri ilə də görüşlər keçirib. Sektoral mövzulardan əlavə, Gürcüstanın Avropa perspektivi Aİ-yə üzv ölkələrin ədliyyə nazirləri ilə müzakirə mövzusu olub.
Ədliyyə naziri Rati Breqadze Avropa İttifaqına üzv ölkələrin ministerialında iştirak etmək üçün Praqada olub. Müzakirə olunan mövzulardan biri də cinayət mühakiməsi sahəsində əməkdaşlığın təkmilləşdirilməsi olub. Ministerialda həmçinin Gürcüstan, Moldova və Ukraynanın ədliyyə nazirləri iştirak ediblər.