Gürcüstan və Polşa arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında yenilənmiş razılaşma qüvvəyə minib
Gürcüstan və Polşa arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında yenilənmiş razılaşma qüvvəyə minib

 

“Gürcüstan və Polşa Respublikası arasında gəlirlər üzrə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərin ödənilməməsinin və vergidən yayınmanın qarşısının alınması haqqında” razılaşma qüvvəyə minib. Məlumatı Gürcüstanın Maliyyə Nazirliyi yayır.

Nazirlikdən verilmiş məlumatda yenilənmiş razılaşmanı Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və Polşa Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Marius Maşkieviçin 2021-ci ilin iyulun 7-də imzaladıqları deyilir.

“Bu razılaşmanın 2006-cı ildə Gürcüstan və Polşa arasında bağlanmış razılaşmanı əvəz etməsi xüsusilə vacibdir.

Yeni sənəd İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yenilənmiş 2017-ci il modelinə əsaslanır və Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə layihəsi ilə müəyyən edilmiş standartları əks etdirir.

Həmçinin qeyd etmək yerinə düşər ki, yeni razılaşmada dividendlər, faizlər və royalti mənbələri ilə əlaqədar vergitutma dərəcələri azaldılıb və köhnə razılaşmadakı 10% əvəzinə 5%-lə müəyyən edilib.

Razılaşmanın məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsini  və investisiyaların cəlb edilməsini təşviq etməyə xidmət edir.

Hazırda 57 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı razılaşma qüvvədədir” -deyə Gürcüstanın Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.