Gürcüstan və Xarici ölkə vətəndaşları üçün sərhəddə məhdudiyyətlər qoyuldu və İtaliya ilə aviauçuşlar dayandırıldı
Gürcüstan və Xarici ölkə vətəndaşları üçün sərhəddə məhdudiyyətlər qoyuldu və İtaliya ilə aviauçuşlar dayandırıldı

Gürcüstan iqtidarının qərarı ilə, sərhəddə Gürcüstan və Xarici ölkə vətəndaşları üçün məhdudiyyətlər qoyuldu  və İtaliya ilə birbaşa aviauçuşlar müvəqqəti olaraq, məhdudlaşdırıldı.

Administrasiyanın məlumatına görə, baş nazirin rəhbərliyi ilə qüvvədə olan idarələrarası koordinasiya şurası növbəti iclas keçirdi.

Şura iclasında dövlət başçısı koronavirusla infeksiyaya yoluxan doqquz pasientin sağlamlıq vəziyyəti ilə bağlı məlumat dinlədi.

Koordinasiya şurasına məlumat verildi ki, bu mərhələdə karantində 162 nəfər qalır.

Gürcüstan iqtidarı vətəndaşlara müraciət edir ki, epidemiya riski altında olan ölkələrə – Çinə, Cənubi Koreaya, İtaliaya və İrana səyahət etməkdən baş qaçırdsınlar.

Bu günki iclasda, yenə qeyd olundu ki, ölkədə panika üçün əsas yoxdur.