Gürcüstan və İspaniya arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında razılaşma sentyabrın sonunda qüvvəyə minəcək
Gürcüstan və İspaniya arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında razılaşma sentyabrın sonunda qüvvəyə minəcək

 
“Gürcüstan və İspaniya Krallığı arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında” razılaşma cari ilin sentyabrın 29-dan qüvvəyə minəcək. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, razılaşmanın təfərrüatları və qüvvəyə minmə müddəti ilə əlaqədar rəsmi məlumat İspaniya Krallığının Ədliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Onların verdiyi məlumata görə, razılaşmanın qüvvəyə minməsindən sonra tərəflər tərəfindən verilmiş etibarlı sürücülük vəsiqəsinin sahibləri nəzəri və ya praktiki imtahandan keçmədən qanuni yaşayış yeri hesab edilən dövlətdə bərabər gücə malik sürücülük vəsiqəsi ala biləcəklər.

“Razılaşma ilə saziş qüvvəyə mindikdən sonra mübadiləyə tabe tutulacaq sürücülük vəsiqələrinin sinifləri müəyyən edilib, xüsusilə, AM, A1, A2, A, B, B+E sinifli sürücülük vəsiqələrinin mübadiləsi nəzəri və ya praktiki imtahandan keçmədən mümkün olacaq, C1, C1+E, C, C+E, D1, D1+E, D və D+E sinifli sürücülük vəsiqələrinin mübadiləsi üçün isə müraciətçilər ümumi hərəkət üçün ayrılmış açıq yollarda, sözügedən vəsiqələrlə idarə edilməsinə icazə verilən nəqliyyat vasitələri və ya qoşqulu nəqliyyat vasitələrindən istifadə etməklə sürücülük vəsiqəsi imtahanı verəsi olacaqlar. “Gürcüstan və İspaniya Krallığı arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında” razılaşma daxili işlər naziri Vaxtanq Qomelaurinin İspaniya Krallığına rəsmi səfəri çərçivəsində cari ilin aprelində  imzalanıb” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.