Gürcüstan və İslandiya prezidentləri qlobal çağırışların öhdəsindən gəlmək üçün kiçik ölkələrin qüvvələrinin birləşməsinin vacibliyindən danışıblar

11:28, 13.11.2021

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya işgüzar səfəri və YUNESKO-nun 75 illiyinə həsr olunmuş forum çərçivəsində İslandiya Prezidenti Qudni Yohansson ilə görüşüb.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, iki ölkə prezidentlərinin ilk görüşündə tərəflər iqlim dəyişikliyi və biomüxtəlifliklə bağlı ekoloji problemləri müzakirə ediblər. Gürcüstan Prezidentinin qeyd etdiyi kimi, bu qlobal çağırışların öhdəsindən gəlmək üçün kiçik ölkələrin qüvvələrini birləşdirməsi vacibdir. Gürcüstan Prezidenti Qafqaz dillərinin qorunmasının vacibliyini vurğuladı və Beynəlxalq Qafqaz Dilləri Gününün təsis edilməsi ilə bağlı YUNESKO-nun Yubiley Forumunda öz təşəbbüsündən bir daha danışdı. Söhbət həm pandemiya, həm də peyvəndlə bağlı dezinformasiya və saxta xəbərlərin artması probleminə yönəldilib. Qeyd edilib ki, bir tərəfdən ifadə azadlığını qorumaq, digər tərəfdən dezinformasiyanın zərərini azaltmaq üçün düzgün balans lazımdır.

Tərəflər turizm sahəsində əlaqələrin dərinləşdirilməsi məsələsini və turizmin müxtəlif sahələrində istər kütləvi, istərsə də geotermal turizm baxımından təcrübə mübadiləsinin vacibliyini müzakirə ediblər.

Oxşar