Gürcüstan və İslandiya arasında hava gediş-gəlişi ilə bağlı razılaşma imzalanacaq
Gürcüstan və İslandiya arasında hava gediş-gəlişi ilə bağlı razılaşma imzalanacaq

Gürcüstan və İslandiya arasında hava gediş-gəlişi ilə bağlı razılaşmanın imzalanması planlaşdırılır.

Bu məsələ ilə bağlı ölkələr arasında danışıqlar aparılır.

Müvafiq əmri Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

Hava gediş-gəlişi ilə bağlı danışıqları Gürcüstan yenə bir neçə ölkə ilə aparır. Onların arasında Koreya Resspublikası, Seyşel Respublikası, Tunis və Tacikistan var.