Gürcüstan və Fici arasında vizasız rejim qüvvəyə mindi.
İki ölkə iqtidarları arasında müvafiq razılaşmaya artıq nail olundu və müvafiq sənədin imzalanması planlaşdırılır.
Bu məqsədlə Gürcüstan hökümətinin sərəncamı çıxacaq.
Vizasız rejimin qüvvəyə minməsinin dəqiq müddəti bu vaxta qədər naməlumdur.
Birinci kanal detallı məlumatı Xarici İşlər Nazirliyindən gözləyir.
Fici vətəndaşları qüvvədə olan qayda ilə Gürcüstanın elektron vizasını ala bilərlər.
Gürcüstan vətəndaşları üçün isə, Xarici İdarənin saytında yerləşən məlumata əsasən, vizanın alınması Brüsseldə, Fici Səfirliyinin konsulluq xidmətində mümkündür.
Fici Sakit Okeanın cənub-qərb istiqamətində yerləşir. Arxipelaqın əhalisinin sayı 912 mindir.