Gürcüstan və Dominika Birliyi arasında vizasız gediş-gəliş haqqında saziş imzalanıb
Gürcüstan və Dominika Birliyi arasında vizasız gediş-gəliş haqqında saziş imzalanıb, – Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, Nyu-Yorkda Gürcüstanın xarici işlər nazirinin müavini Xatuna Totladze Gürcüstan hökuməti ilə Dominika Birliyi hökuməti arasında “diplomatik, işlə əlaqəli və adi pasport sahiblərinin viza almaq öhdəliyindən azad edilməsi haqqında” saziş imzalayıb.
Dominika Birliyi adından sazişi Dominika Birliyinin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Filbert Aaron imzalayıb.
Sənəd hər iki tərəfin daxili prosedurları başa vurmasından bir ay sonra qüvvəyə minəcək.
Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, saziş turistik, mədəni və iqtisadi əlaqələrin dərinləşməsinə və hər iki ölkənin müvafiq regionlarda məlumatlılığının artırılmasına töhfə verəcək.
Müəllif -
Mehemmed Bayramaliyev