Gürcüstan və Azərbaycanın baş nazirləri Bakıda Gürcüstan səfirliyinin binasının tikiləcəyi torpaq sahəsinə baş çəkiblər
Azərbaycan Respublikasında Gürcüstan səfirliyinin binası tikiləcək.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, baş nazir İrakli Kobaxidzenin səfəri çərçivəsində Bakının mərkəzi rayonunda 3450 kvadratmetr torpaq sahəsi Gürcüstan səfirliyinin binasına verilib.
“Gürcüstan hökumətinin başçısı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri ilə birlikdə əraziyə baxış keçirib.
Yaxın vaxtlarda Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyinin binasının tikintisinə başlanılacaq”, – məlumatda qeyd olunur.