Gürcüstan və Azərbaycanın baş nazirləri arasında telefon danışığı olub
Gürcüstan və Azərbaycanın baş nazirləri arasında telefon danışığı olub. Gürcüstan hökumətinin saytının məlumatına görə, İrakli Ğaribaşvili və Əli Əsədov iki ölkə arasında strateji tərəfdaşlığı və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafının müsbət dinamikasını vurğulayıblar.
“Gürcüstan və Azərbaycanın birgə iştirakı ilə həyata keçirilən regional əhəmiyyətli layihələr vurğulanıb.
Tərəflər qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirməyə və inkişaf etdirməyə hazır olduqlarını bir daha təsdiq etdilər.
“Azərbaycan Respublikasının Baş naziri Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı Gürcüstan hökumətinin başçısı ilə həmrəy olduğunu bildirib və buna görə İrakli Ğaribaşvili ona təşəkkür edib”, – deyə Gürcüstan hökumətinin bəyanatında deyilir.