Gürcüstan və Azərbaycan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb
Gürcüstan və Azərbaycan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb

 

Gürcüstan və Azərbaycan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb. Gürcüstan və Azərbaycanın müdafiə qurumları əməkdaşlığı gücləndirəcəklər-bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayır.

Qurumdan verilən məlumatda müdafiə sahəsində əməkdaşlıq haqqında yenilənmiş razılaşmanın Gürcüstanın müdafiə nazirinin Azərbaycana səfəri çərçivəsində imzalandığı deyilir.

“Cuanşer Burchuladzeni azərbaycanlı həmkarı qəbul edib. Müdafiə naziri general-polkovnik Zakir Həsənova göstərdiyi səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, strateji tərəfdaş və dost ölkə ilə xalqlar arasında sıx əlaqələrin və mehriban qonşuluq münasibətlərinin olduğunu xüsusilə vurğulayıb.

Regionda mövcud təhlükəsizlik problemlərinə toxunulub. Ölkələr və regionun rifahı naminə əlaqələri daha da möhkəmləndirməyə hazırlığı təsdiqləyən yüksək səviyyəli ikitərəfli səfərlərin dinamikasına diqqət yetirilib.

Tərəflər beynəlxalq təlimlərdə və hərbi-təhsil proqramlarında iştirak da daxil olmaqla müdafiə sahəsində ikitərəfli əməkdaşlığın cari məsələlərini və gələcək planları müzakirə ediblər. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatında əməkdaşlıq məsələlərinə toxunulub. Strateji səviyyəli görüşlərin, müdafiə sahəsində əməkdaşlığın, birgə təlimlər və ekspertlərin görüşlərinin ölkələr arasında qarşılıqlı əlaqəni daha da gücləndirdiyi qeyd olunub.

Görüşün sonunda Cuanşer Burchuladze azərbaycanlı həmkarını mayın 26-da Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirə dəvət edib.

Rəsmi görüşdən əvvəl müdafiə naziri “Fəxri xiyaban”da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.